BDU alimləri Yekaterinburqda beynəlxalq elmi konfransda çıxış ediblər

09/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev və Slavyan ölkələri tarixi kafedrasının müdiri, dosent Abutalıb Cəlilov Rusiyanın Yekaterinburq şəhərində XXI əsrdə tarix-filologiya üzrə komparativ tədqiqatlara həsr olunmuş beynəlxalq elmi konfransda iştirak ediblər. Səfər 2019-cu ildə Ural Federal Universiteti ilə bağlanmış müqavilə əsasında baş tutub.

Dosent Abutalıb Cəlilov konfransın plenar iclasında “BDU-nun Tarix və Filologiya fakültələri: tarix və müasirlik” mövzusunda çıxış edib.

“Heydər Əliyev - dirçəliş dövrü” mövzusunda məruzə edən dosent Azad Rzayev isə  Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, demokratikləşmənin Azərbaycanın sosial-iqtisadi inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

Səfər çərçivəsində Yekaterinburqda aktiv fəaliyyət göstərən Azərbaycan diasporasının sədri Şahin Şıxlınski ilə də görüş keçirilib.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026