BDU alimlərinin aldıqları nəticələr patogen mikroblara qarşı mübarizədə istifadə oluna bilər

23/01/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Kolistinə resistentliyi qiymətləndirmək üçün Escherichia coli DH5-α ştamında mcr-1 və mcr-2 genlərinin klonlaşdırılmasında iştirak edən proteome dəyişiliklərin induksiyası” (“Induction of proteome changes involved in the cloning of mcr-1 and mcr-2 genes in Escherichia coli DH5- α strain to evaluate colistin Resistance”) adlı məqalə “Web of Sience” bazasında indekslənən Q2 kvartil “Journal of Global Antimicrobial Resistance” jurnalında (2024, v.36, p.151-159) dərc olunub.

https://www.sciencedirect.com/science/article/pii/S2213716523002321?via%3Dihub

 

Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Escherichia coli DH5 bakteriya ştamında mcr-1 və mcr-2 genlərinin klonlaşdırılması hüceyrənin zülal tərkibini əhəmiyyətli dərəcədə dəyişdirir. Genlərin transformasiyası nəticəsində 8 zülalın ekspressiyası tormozlanıb və kolistin olan mühitdə 39 yeni zülalın yaranması müşahidə olunub. Qeyd olunub ki, hüceyrədə zülalların dəyişməsi kolistinə qarşı davamlılıqda mühüm rol oynayır. Alınan nəticələr bakteriyanın kolistinə qarşı davamlılıq mexanizmini aydınlaşdırmağa xidmət etməklə yanaşı, patogen mikroblara qarşı səmərəli mübarizədə antibiotiklərin seçici olaraq tətbiqinin vacib olduğunu göstərir.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026