BDU alimlərinin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc olunub

07/02/2022

Bakı Dövlət Universitetinin Sənaye kimyası ETL və Mikrobiologiya və virusologiya ETL-in əməkdaşları – Ülviyyə Həsənova, Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə və Xudaverdi Gənbərovun həmmüəllifi olduğu  “2,4,6-trimetoksibenzaldehid əsaslı dihidropirimidin törəmələrinin sintezi, kristal quruluşu və antibakterial tədqiqatları” adlı məqalə Web of Science bazasında Q3 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan olan Journal of Molecular Structure (IF = 3.196) jurnalında çap olunub.

https://www.sciencedirect.com/science/article/abs/pii/S0022286021008115

Məqalədə 5-asetil-6-metil-4 əmələ gəlməsi ilə serium ammonium nitratın (CAN) iştirakı ilə daha da regioselektiv oksidləşən 2,4,6-trimetoksibenzaldehid əsasında dihidropirimidinin yeni törəmələrinin sintezi haqqında məlumat verilib. Hər iki yeni birləşmənin strukturları NMR, kütləvi spektroskopiya üsulları ilə tədqiq edilib. Dihidropirimidin birləşməsinin strukturu rentgen difraksiya üsulu ilə tədqiq olunub və kristal qablaşdırmasında molekulyar qarşılıqlı əlaqəni başa düşmək üçün Hirshfeld səthi və kontaktların zənginləşdirilməsi təhlilləri aparılıb. Sintez edilmiş birləşmələrin bioloji aktivliyi qram-mənfi A.baumanii, E.coli, P.aeruginosa və K.pneumoniae və qram-müsbət S.aureus bakteriyalarına qarşı tədqiq edilmişdir.

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025