BDU alimlərinin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc olunub

19/08/2020

Bakı Dövlət Universitetinin (BDU) professoru Rövşən Xəlilovun və dosent Aygün Nəsibovanın həmmüəllif olduğu “Use of Magnetic Susceptibility Measurement for Analysis of Self-Organized Magnetic Nanoparticles in Biological Systems” (“Bioloji sistemlərdə özünü təşkil edən maqnit nanohissəciklərinin təhlili üçün maqnit nüfuzluğunun ölçülməsindən istifadə”) adlı məqalə “Springer” nəşriyyatının çap etdiyi “NATO Science for Peace and Security Series B: Physics and Biophysics (NAPSB)” nəşrlər seriyasına daxil olan “Nanoscience and Nanotechnology in Security and Protection against CBRN Threats” jurnalında dərc olunub.

Məqalədə Abşeronun ekoloji çirklənmə dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərinə xas olan bioloji sistemlərdə superparamaqnit dəmir oksidi nanohissəciklərinin (SPİON) yaranmasının təhlilini vermək üçün maqnit nüfuzluğunun (MN) ölçülməsi və EPR üsullarından istifadə edilib. Müxtəlif üsulların köməyi ilə alınan nəticələrin bir-biri ilə korrelyasiya etdiyi müəyyən olunub.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiz.

https://link.springer.com/chapter/10.1007/978-94-024-2018-0_17



Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026