BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

13/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Vaqif Quliyev və “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları “Schrödinger type operators on local generalized Morrey spaces related to certain nonnegative potentials” (“Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar”) adlı məqalə “Discrete and Continuous Dynamical Systems-Series B” beynəlxalq jurnalında dərc olunub (Journal Citation Reports®, Clarivate Analytics 2019, impakt faktor: 1.008).

Məqalədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorların məhdudluq məsələləri araşdırılıb. Tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialın doğurduğu ümumiləşmiş Morri fəzaları araşdırılmış və bu Morri fəzalarında Schrödinger tipli bəzi operatorların məhdudluğu isbat edilmişdir ki, bu da tətbiqi məsələlərdə çox mühümdür.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.aimsciences.org/article/doi/10.3934/dcdsb.2019260



Xəbərlər

BDU-nun dosenti Qismət Davudov vəfat edib

BDU-nun dosenti Qismət Davudov vəfat edib
07/12/2025

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsinin ikinci günü başa çatıb
06/12/2025