BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

08/07/2019

Fizika fakültəsinin dekanı, professor M.Ramazanov  və “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı A.Rəhimlinin Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” laboratoriyasının alimləri ilə birgə həyata keçirdiyi tədqiqat işlərinin elmi nəticələri yüksək impakt faktorlu jurnalda çap olunub. “Emission color control in polymer film by memorized fluorescence solvatochromism due to a new class of totally-organic fluorescent nanogel particles" başlıqlı məqalə impakt faktoru 5.16 olan “Chemistry: A Europian Journal” adlı Avropa jurnalında çap edilib. Məqalə 14 may 2019-cu il tarixində çapa qəbul olunub və qısa müddət ərzində bu sahədə tədqiqat aparan mütəxəssislərin böyük marağına səbəb olduğu üçün, “Wiley” nəşriyyatının redaktorları tərəfindən ən çox istinad olunan məqalə kimi “Hot Paper” statusu alıb. Qeyd edək ki, tədqiqat işində diametri idarə oluna bilən innovativ nanogel hissəciklərinin alınması, onların xassələri və tətbiqi sahələri şərh olunub.


Mətbuat və informasiya şöbəsi, 08 iyul 2019-cu il.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026