BDU alimlərinin məqaləsi nüfuzlu jurnalda

12/04/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının əməkdaşları Gülnaz Rzayeva və Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimovanın həmmüəllifi olduğu “Artificial intelligence and personal data: international and national framework” (Süni intelekt və şəxsi məlumatlar: beynəlxalq və milli konteksdə) adlı məqalə Peace Human Rights Governance (PHRG) jurnalında nəşr olunub.

Məqalədə süni intellekt sistemlərinə leqal anlayışın verilməsi, rəqəmsal hüquqlarla bağlı normaların redaktəsi, kibertəhlükəsizliyin təmin olunması üçün kibermədəniyyətin artırılması məsələləri üzrə bir çox təkliflər verilib, süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqlarının rəhbər tutulması, “mənəvi yanaşma” prinsipinin əsas götürülməsi və şəxsi həyatın toxunulmazlığının təmin olunmasına diqqət çəkilib.

Qeyd edək ki, Jurnal 1982-ci ildən Padova Universitetinin “Antonio Papisca” İnsan Hüquqları Mərkəzi tərəfindən buraxılır. Jurnal Google Scholar, Ebsco Host, Database of Open Access Journal (DOAJ), the European Reference Index for the Humanities and the Social Sciences (ERIH PLUS) ilə indeksləşdirilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

http://phrg.padovauniversitypress.it/2021/1/4


Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir
19/08/2025

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş
19/08/2025

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır
18/08/2025