BDU alimlərinin məqaləsi Q1 kateqoriyalı jurnalda

24/02/2021

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın “Modifit lokal ümumiləşmiş Morri fəzalarında divergent elleptik tənliklərin həllərinin requlyarlığı” məqaləsi 2.056 yüksək impakt faktorlu Q1 kateqoriyalı “Analysis and Mathematical Physics” (https://www.springer.com/journal/13324) jurnalında nəşr edilib.

Məqalədə ikinci tərtib divergent elleptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin modifit lokal ümumiləşmiş Morri fəzalarında requlyarlığı məsələsindən bəhs olunur. Tənliyin əmsalları Sarason CVMO sinfindəndir. Məqalədə əsas məqsəd ikinci tərtib divergent formalı elleptik diferensial tənliklərin həllərinin birinci tərtib törəmələrinin Kalderon-Ziqmund nüvəli sinqulyar inteqral operator və onların kommutatorları vasitəsilə ifadəsindən istifadə olunmasıdır. Bu ifadələri birləşdirərək hər bir operator üçün Morri tipli qiymətləndirmələrdən istifadə edərək baxılan tənliyin həllərinin requlyarlığı haqqında müəyyən nəticələr alınıb.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s13324-020-00433-9

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026