BDU alimlərinin məqaləsi Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

21/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllif olduqları məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-1.030)   Q2 yüksək  impakt faktorlu jurnalda dərc edilib.

“Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi qiymətləndirmələr və onların divergent olmayan elleptik tənliklərə tətbiqi”  adlı məqalədə bəzi klassik inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların ümumiləşmiş çəkili Orliç-Morri fəzalarında kəsilməzliyi araşdırılıb Alınan qiymətləndirmələrdən kəsilməz əmsallı xətti müntəzəm elleptik operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilib.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://link.springer.com/article/10.1007/s11117-022-00896-z

Xəbərlər

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür
15/04/2026

BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi

BDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ustad dərsi
15/04/2026

BDU-da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırmalar aparılır

BDU-da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırmalar aparılır
15/04/2026