BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

05/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin “Cəbr və həndəsə” kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimov və kafedranın dosenti Habil Fəttayevin “Metrics and connections on the bundle of affinor frames” ("Afinor reperlerinin laylanmasında metriklər və rabitələr") (https://link.springer.com/article/10.1007/s11401-021-0248-7) adlı məqaləsi Çinin nəzəri riyaziyyat üzrə nüfuzlu “Chinese Annals of Mathematics, Series B” (https://www.springer.com/journal/11401) jurnalının 2021-ci ilin ilk sayında dərc olunub.

Məqalədə afinor reperlərinin laylanma fəzalarında Sasaki metrikləri və rabitələrin horizontal liftləri qurulmuş və bu rabitələrin geodezik əyrilərinin interpretasiyaları verilib.

Jurnal 1981-ci ildən başlayaraq “Web of Science” (Clarivate Analytics) elmmetrik bazasının məlumatlar platformasının SCIE indeksinə daxildir (impakt faktor (2019): 0.586) və jurnalın redaksiya heyətində riyaziyyat üzrə Abel və Filds mükafatı laueratları olan M.F.Atiyah, A.Connes, P.D.Lax, Sh.Mori kimi tanınmış riyaziyyatçılar yer alıb.

Əlavə edək ki, Arif Səlimovun tələbələri ilə birgə bu nüfuzlu nəzəri jurnalda məqələlərinin sayı 6-ya yüksəlib.

Digər məqalələrin linkləri aşağıdakılardır:

1. https://link.springer.com/article/10.1007/s11401-019-0135-7

2. https://link.springer.com/article/10.1007/s11401-016-0980-6

3. https://link.springer.com/article/10.1007/s11401-015-0914-8

4. https://link.springer.com/article/10.1007/s11401-011-0646-3

5. https://link.springer.com/article/10.1007/s11401-007-0441-3

 

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026