BDU alimlərinin uğurları

11/06/2010

BDU-nun Nano Araşdırmalar Mərkəzinin müdir müavini, f.r.e.n. Mustafa Bayram oğlu Muradovun Avropa Birliyinin 7-ci Çərçivə Proqramına təqdim etdiyi “Elektronika və fotonika üçün nanotexnologiya platforması” adlı layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün təsdiq olunmuşdur. Layihədə Avropa Birliyi tərəfindən: tərəfdaşlar Macarıstanın aparıcı Szeged Universiteti və Finlandiyanın Oulu Universitetidir. Layihənin maliyyə dəyəri 498000 avrodur.

Layihənin həyata keçirilməsi Bakı Dövlət Universitetinin Avropanın aparıcı   Universitetləri ilə nanomateriallar və nanotexnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə yardım edəcəkdir.

Nano Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Qönçə Malik qızı Eyvazovanın TWAS fonduna təqdim etdiyi “CdS-CuxS əsasında nüvə-örtük tipli nanohissəciklərin alınması və onların əsasında alınan kompozitlərin elektrik və optik xassələri” adlı layihəsi isə maliyyələşmə üçün fond tərəfindən təsdiq olunmuşdur. Layihənin maliyyə dəyəri 25000 ABŞ dollarıdır. Layihədə avadanlıq və materialların alınması nəzərdə tutulmuşdur.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026