BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

18/07/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux, həmin universitetin əməkdaşları Rasim Mirzəyev və Kristian Vilhelm ilə görüşüb.

BDU-nun aparıcı ali təhsil müəssisəsi kimi elmi tədqiqatlara da böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən rektor 100 illik yubileyini qeyd etməyə hazırlaşan universitetin yubileyinin beynəlxalq səviyyədə də qeyd edildiyini bildirib.

Rektor E.Babayev Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasında ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və dilinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirildiyi yüksək qiymətləndirib və hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin yeni səviyyədə qurulmasında maraqlı olduğunu bildirib.

Professor Eva-Mariya Aux  təmsil etdiyi universitetin Avropanın və Almaniyanın ən nüfuzlu elmi mərkəzlərindən, təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Azərbaycanın Qafqaz regionun ən böyük və inkişaf edən ölkəsi olduğunu deyən professor onu da əlavə edib ki, kafedranın xətti ilə tələbələrə Azərbaycan tarixi barədə maraqlı mühazirələr oxunur, seminarlar keçirilir və ustad dərsləri təşkil edilir.

Görüşdə Erasmus proqramında iştirak, bakalavr, magistr və doktorantura səviyyələrində kadr hazırlığı, yeni əməkdaşlıq əlaqələri, birgə tədbir və seminarların keçirilməsi kimi məsələlər də müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 18 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin BDU tələbələri üçün infosessiyası
28/11/2025

Tanınmış teleaparıcı Mümtaz Xəlilzadə BDU tələbələrinə təlim keçib

Tanınmış teleaparıcı Mümtaz Xəlilzadə BDU tələbələrinə təlim keçib
28/11/2025

BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

BDU-da görkəmli türkoloq alim Rüfət Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
28/11/2025