BDU aliminin həmmüəllifi olduğu monoqrafiya Almaniyanın aparıcı beynəlxalq nəşriyyatı Springer-də nəşr olunub

29/01/2021

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İsmayıl Əliyevin və Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları akademik Boris Trofimov və Lyudmila Oparinanın həmmüəllifi olduqları “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası (Ismayil A.Aliyev, Boris A.Trofimov, Ludmila A.Oparina. “Aromatic Thiols and Their Derivatives” Springer, 2021) Almaniyanın aparıcı beynəlxalq elmi nəşriyyatı Springerdə çap olunub. Bu monoqrafiya 2018-ci ildə Rusiyanın “Geo” Akademik nəşriyyatında (Novosibirsk) rus dilində nəşr olunmuş monoqrafiyanın genişləndirilmiş və təkmilləşdirilmiş variantıdir.

Professor İ.Əliyevin həmmüəllifi olduğu monoqrafiyada onun 50 il ərzində aromatik tiollar və onların törəmələri sahəsində apardığı fundamental elmi tədqiqat işlərinin əsas hissəsi öz əksini tapıb. Monoqrafiyada olan 91 iri həcmli cədvəllərin və 31 şəklin hamısı prof. İ.Əliyevin 50 illik elmi zəhmətinin nəticələridir. Monoqrafiyada istifadə olunmuş 1105 ədəbiyyatdan 200-dən çoxu professor İ.Əliyevin dünyanın müxtəlif kimya jurnallarinda nəşr etdirdiyi məqalələrinə istinadlardır. Yapon alimi S.Oaenin 1975-ci il də rus dilinə tərcümə edilərək çap olunan “Kükürd üzvi birləşmələrin kimyası” monoqrafiyasından 45 il sonra dunyada ilk dəfə bu sahədə iri həcmli bu monoqrafiyanın nəşr olunmasını Azərbaycan kimya elminin növbəti uğuru hesab etmək olar.

Monoqrafiya aromatik tiolların və onların törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən asil, tioasil, alkoksil, mürəkkəb efir, hidroksil, həmçinin halogenlərlə müxtəlif funksional əvəz olunmuş birləşmələrinin sintezi və fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Bir sıra hallarda müqayisə üçün oksigen və selen üzvi törəmələri də sintez edilərək tədqiq olunub. Əsas diqqət həm ənənəvi klassik sintez üsullarına, həmçinin yeni, əsasən keçid materiallarının katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyagirmə qabiliyyətlərinin öyrənilməsinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi üsulları və ədəbiyyat siyahısı göstərilib. Kitabın əhəmiyyətli hissəsi nəzəri suallar - müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə və atomlarla quruluşdan asılı olaraq necə qarşılıqlı təsirdə olmaları və həm də kükürdün bu birləsmələrdə necə körpü rolu oynadıgı tədqiq olunur. Konformasiya, spektral (NMR, İQ, UB, YKR), elektrokimyəvi və s.müasir fiziki-kimyəvi tədqiqat  üsulları vasitəsi ilə alınan elmi nəticələr daha da dəqiqləşdirililmiş  və geişləndirilmişdir.

Nəhayət kitabda aromatik tiolların və onların törəmələrinin dərman preparatları kimi, yüksək texnoloji materiallar, üzvü sintezdə başlanğıc ilkin birləşmələr kimi, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar kimi və s. sahələrdə əsas praktik tətbiq sahələri göstərilir.

Monoqrafiya kimyaçı-sintetiklər, fizika-üzvü kimya, polimerləşmə, farmakologiya və s. sahələrdə çalışan mütəxəssislərə ünvanlanmışdır. O həmçinin injener-texnoloqlar, biznesmenlər, elementar kükürdün saflaşdırılması ilə məşğul olanlar, müəllimlər, kimya fakültələrinin doktorantları və tələbələri üçün faydalı ola bilər.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024