BDU aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə kadrlar hazırlayacaq

29/07/2021

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində yeni ixtisas - aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşması açılıb. İxtisaslaşmanın məqsədi ərzaq təhlükəsizliyi baxımından dayanıqlı kənd təsərrüfatının inkişafı və əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, aqrar sahənin inkişafı zamanı mühitqoruyucu və resursqoruyucu texnologiyaların tətbiqidir.

Ekologiya, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya ixtisaslarında təhsil alan tələbələr “Aqrar sahədə ətraf mühitin mühafizəsi” ixtisaslaşması üzrə magistraturada təhsillərini davam etdirə bilərlər.  Aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşması üzrə təhsilalanlara dayanıqlı kənd təsərrüfatı və kənd ərazilərinin inkişafı, aqrolandşaftların mühafizəsi və ekoloji modelləşdirilməsi, kənd ərazilərinin kimyalaşdırılmasının ekoloji problemləri, aqroekoloji rayonlaşdırma, aqrar hüququ, kənd təsərrüfatının coğrafi informasiya sistemi (AgroGİS), orqanik kənd təsərrüfatının əsasları və ağıllı kənd təsərrüfatı kimi sahələr üzrə biliklər veriləcəkdir.

 

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026