BDU Avrasiya Universitetlər Birliyinin görüşündə təmsil olunub

24/10/2023

Bakı Dövlət Universiteti (BDU) Avrasiya Universitetlər Birliyinin (Eurasian Universities Union - EURAS) onlayn görüşündə təmsil olunub.

Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib. Onlayn görüşdə EURAS, Avrasiya Ali Təhsil Sammiti (Eurasia Higher Education Summit -EURIE) və Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) prezidenti, professor Mustafa Aydın açılış nitqi ilə çıxış edib. Daha sonra isə İndoneziya, Estoniya və Türkiyədən olan mütəxəssislər çalışdıqları ali təhsil müəssisələrində tətbiq olunan qısamüddətli təhsil proqramlarına dair ən yaxşı təcrübələr haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan EURAS Avrasiyada yerləşən universitetləri əhatə edən qeyri-kommersiya təşkilatıdır. Bakı Dövlət Universiteti EURAS-ın üzvüdür.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026