BDU Avropa Universitetləri Assosiasiyasına üzv qəbul edilib

02/02/2022

Bakı Dövlət Universiteti (BDU) Avropa Universitetləri Assosiasiyasının (EUA) tam hüquqlu üzvü qəbul edilib. Bununla da BDU Avropanın qabaqcıl universitetlərini birləşdirən platformaya qoşulub.

BDU-da tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində mühüm addımlar atılır.  Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil qurumlarında  iştirakını təmin etmək məqsədilə ardıcıl işlər görülür.

BDU-nun EUA-ya tam hüquqlu üzv olması məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edəcəkdir. EUA-ya üzvlük Avropanın ali təhsil, elm və innovasiyalar üzrə qabaqcıl təcrübəsindən yaralanmağa və yeni əməkdaşlıqların qurulmasına təkan verəcəkdir.

17 milyon tələbənin təhsil aldığı, 48 ölkənin 800-dən çox universitetinin birləşdiyi Avropa Universitetləri Assosiasiyası qlobal dayanıqlı inkişafda əhəmiyyətli rol oynayan qurumdur. Bir sıra beynəlxalq təşkilatlarla davamlı qarşılıqlı əlaqə vasitəsilə Avropa universitetlərinin müstəqil təşəbbüslərinin, onların fəaliyyətinə təsir edəcək qərarların qəbul edilməsində mövqelərinin eşidilməsini təmin edir. Həmçinin EUA universitetlərə beynəlxalq layihə və tədbirlərdə iştirak etməklə təcrübə mübadiləsi imkanları yaradır.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026