BDU Avropa Universitetləri Sammitində Azərbaycanı öz stendi ilə təmsil edir

06/05/2026

Bakı Dövlət Universiteti (BDU) İtaliyanın Milan şəhərində nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən təşkil olunan Avropa Universitetləri Sammitində öz stendi ilə iştirak edərək Azərbaycanı təmsil edir. “Liderlik üçün birləşək: Avropanın ali təhsildə qlobal rolunun yüksəldilməsi” mövzusu altında keçirilən tədbir ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və universitetlərarası tərəfdaşlıqların gücləndirilməsi baxımından mühüm platformadır.

BDU-nun stendində Universitetin təhsil, elm, dayanıqlılıq və innovasiya sahəsində əldə etdiyi nailiyyətlər, müasir idarəetmə yanaşmaları, keyfiyyət təminatı mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları geniş şəkildə təqdim olunur.

Stend sammit iştirakçıları, xarici qonaqlar və müxtəlif ölkələri təmsil edən universitet nümayəndələri tərəfindən böyük maraqla ziyarət edilir. Ziyarətçilərə Bakı Dövlət Universitetinin tədris proqramları, elmi-tədqiqat istiqamətləri, beynəlxalq layihələrdə iştirakı, tələbə və müəllim mübadilə imkanları barədə ətraflı məlumat verilir. Bununla yanaşı, potensial tərəfdaşlıqlar müzakirə olunur və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin təmaslar yaradılır.

Sammit çərçivəsində ali təhsilin aktual istiqamətləri – universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması, təhsildə keyfiyyətin təmin olunması, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi mühüm mövzular diqqət mərkəzindədir.

BDU-nun bu cür nüfuzlu beynəlxalq platformalarda təmsil olunması Universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsinə və Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026