BDU Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının təhsil və karyera sərgisində

01/08/2022

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə təhsil və karyera sərgisi keçirilib. Bakı Dövlət Universitetinin (BDU) də təmsil olunduğu sərgidə ölkəmizin bir sıra aparıcı ali təhsil müəssisələri, ictimai təşkilatlar, müxtəlif şirkətlər təmsil olunublar. Sərginin keçirilməsində məqsəd savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
Sərgidə iştirakçılara BDU-da təhsil və karyera imkanları, Universitetin elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzet nəşrləri, elmi-tədqiqat jurnalları, broşur və bukletlər ziyarətçilərdə maraq doğurub.  
Sərgidə BDU-nu Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov təmsil edib.

 

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026