BDU Belarus Dövlət Pedaqoji Universiteti ilə müqavilə imzalayıb

06/03/2018

Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən, o cümlədən bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib.

Professor Aleksandr Juk 100 illiyini qeyd etməyə hazırlaşan Bakı Dövlət Universitetinin fəaliyyətini yüksək dəyərləndirib, ümumiyyətlə Azərbaycanda təhsil və tədris sahəsinin beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Rektor universitetlərarası əməkdaşlıq əlaqələrinin önəmini xüsusi vurğulayıb.

Görüşdə iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tələbə, magistr və doktorantların, eləcə də müəllimlərin mübadiləsi, elmi-pedaqoji kadrların və birgə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, konfrans, simpozium və layihələrin həyata keçirilməsi məsələləri öz əksini tapıb.

Qeyd edək ki, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarus Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Svetlana Kobaçevskaya, Fizika fakültəsinin dekanı, dosent Sergey Vasilets, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanlı, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov iştirak ediblər.

Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Nano Araşdırmalar laboratoriyası və digər elmi-tədqiqat laboratoriyalarına baxış keçiriblər.

 

Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2018-ci il

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026