BDU Belqorod Dövlət Texnologiya Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb

29/11/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel MəhərrəmovAzərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib. Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın iştirakı ilə keçirilən konfransa dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, hər iki ölkənin ali məktəblərinin rektorları qatılıblar.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkələrimiz arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir.

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva təhsil, elm və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində konfransın əhəmiyyətini vurğulayıb. Rusiyalı nazir ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Konfrans çərçivəsində rektor Abel Məhərrəmov V.Q.Şuxov adına Belqorod Dövlət Texnologiya Universitetinin rektoru, professor Sergey Qlaqolev  ilə görüşüb. Görüşün nəticəsi olaraq universitetlər arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2016-cı il.

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026