BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

08/08/2019

Erasmus+ EAC/A03/2018 - KA2 “Ali təhsil sahəsində bacarıqların artırılması” proqramı çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibləri müəyyən olunub. Bakı Dövlət Universiteti “Innovative Training Center to support 3rd cycle Advanced Education Course to face Environmental Emergency in Azerbaijan” layihəsinin Azərbaycan üzrə seçilən partnyorları sırasındadır.
956987 avro dəyərində olan layihənin koordinatoru İtaliyanın La Sapienza Universitetidir. Layihənin yerinə yetirilməsində Danimarkanın Aalotg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkəti iştirak edəcək. Azərbaycandan Bakı Dövlət Universiteti ilə yanaşı, Analitik MMC, Azecolab Company MMC, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu da layihənin partnyorlarıdır.
Qeyd edək ki, Azərbaycanda əsas ekoloji problemləri həll etmək üçün layihə çərçivəsində yeni texnologiya və tətbiqlərdən istifadə bacarığı olan mütəxəssislərin hazırlanması planlaşdırılır. Layihə çərçivəsində universitetlər və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ətraf mühitin çirklənməsi sahəsində problemlərin həlli və birgə tələbə və kadr hazırlanması nəzərdə tutulub. Tədris zamanı mövcud problemlərin həlli üçün yeni tədris metodologiyası tətbiq ediləcək. Layihə 2019 - 2022-ci illər ərzində həyata keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 08 avqust 2019-cu il.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026