BDU beynəlxalq RUR reytinqində Azərbaycan universitetləri arasında yenə də liderdir

21/05/2021

RUR (Round University Ranking) beynəlxalq reytinq agentliyi 2021-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. RUR-un müxtəlif ölkələrdən olan aparıcı universitetləri əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib. Siyahıda 650-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti (BDU) Azərbaycan universitetləri  arasında yenə birincidir.

RUR beynəlxalq reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə səviyyəsi (10 faiz) və maliyyə davamlılığı (10 faiz) kimi 4 sahəyə bölünən 20 göstəriciyə görə (akademik heyət/tələbə, elmi dərəcəsi olan akademik heyət/ümumi akademik heyət nisbətləri, dərc olunmuş elmi əsərlərin sayı və keyfiyyəti, elmi əsərlərdə beynəlxalq həmmüəlliflik, elmi əsərlərə edilən istinadlar, beynəlxalq nüfuz, beynəlxalq akademik heyət, əcnəbi tələbələrin sayı, tələbə və akademik heyətə düşən gəlir payı və s.) dünyanın 85 ölkəsindən 1000-dən çox aparıcı universitetin müqayisəsini aparır.

RUR beynəlxalq reytinqi məlumatlarının dəqiqliyi və əhatəliliyinə görə dünyanın nüfuzlu elmmetrik bazası hesab edilən “Clarivate Analytics” şirkəti tərəfindən təqdim olunan məlumatlara əsaslanır, təhsil və karyera üçün universitetlərin seçilməsinə, eləcə də qlobal miqyasda ali təhsil müəssisələrinin müqayisəsinə şərait yaradır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısında ötən ilə nisbətən irəliləyib.

RUR beynəlxalq agentliyinin reytinq siyahısı haqqında ətraflı məlumatı https://roundranking.com/ranking/world-university-rankings.html#world-2021 keçidi vasitəsilə almaq olar.

 

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026