BDU beynəlxalq tədqiqatlar şəbəkəsinə qoşulur

15/02/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) 60-cı sessiyasının işində iştirak edib.  Rektor sessiya çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative (ISWI)) üzrə proqramın Rəhbər Komitəsinin yığıncağında da iştirak edib.

Tədbirlərin məqsədlərindən biri də müxtəlif ölkələrdə uyğun sahədə elmi-tədqiqat cihaz və alətlərinin yerləşdirilməsi, kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir. BDU-nun rektoru Azərbaycanda adıçəkilən sahələr üzrə elmi-tədqiqat işlərinin aparılması və kadr hazırlığının həyata keçirilməsi istiqamətində potensial əməkdaşlıq imkanları barədə “Azərbaycanda kosmik hava tədqiqatları” adlı, həmçinin 2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere” beynəlxalq tədbirinin nəticələrinə və tövsiyələrinə dair məruzələrlə çıxış edib. Qeyd olunmalıdır ki, bu birgə tədbir haqqında altı səhifəlik hesabat BMT Baş Assambleyasına təqdim olunub və 2022-ci il 22 noyabr tarixində yayılıb.

Rektor səfər zamanı Beynəlxalq Nəzəri Fizika Mərkəzi (The Abdus Salam International Centre for Theoretical Physics (İCTP), İtaly) ilə əlaqələr və gənc kadr hazırlığı məsələləri, həmçinin BDU-da yaradılmış Mükəmməllik Mərkəzinin Astrokosmik və atmosfer tədqiqatları laboratiyasında müxtəlif istiqamətli elmi və tədris təyinatlı cihazların yerləşdirilməsi və müvafiq tədqiqat şəbəkələrinə qoşulma haqqında müzakirələr də aparıb. 2023-cü ildə Bakıda keçiriləcək İAC-2023 Beynəlxalq Astronavtika Konqresi haqqında suallar da cavablandırılıb.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026