BDU, “LU-MUN Holding” və İstanbul Universiteti ortaq layihəyə başlayıb

23/10/2023

Bakı Dövlət Universiteti (BDU), “LU-MUN  Holding” və İstanbul Universiteti “universitet-özəl sənaye sektoru” işbirliyi modeli çərçivəsində “Kür çayı və Xəzər dənizi suyunun abiotik amillərinin akvakultura şəraitində yetişdirilən nərəkimilərin rifahına təsirinin müqayisəli tədqiqi” adlı ortaq elmi layihəyə başlayıb.

Tədqiqat layihəsinin əsas məqsədi akvakulturada, duzlu və ya şirin suda yetişən nərə balıqlarının böyüməsinin və qida dəyərinin hansı mühitdə daha yüksək olmasını müəyyənləşdirməkdir. Layihədə iki fərqli mühit - seçilmiş tədqiqat növü üçün təbii yaşayış mühiti olan Xəzər dənizi və Kür çayı müqayisə edilir.

Layihə çərçivəsində BDU-ya səfər edən İstanbul Universitetinin Su elmləri fakültəsinin Su təsərrüfatı və xəstəlikləri bölməsinin əməkdaşı Çiğdem Ürkü ilə BDU rəhbərliyi və “LU-MUN Holding” əməkdaşları arasında görüş keçirilib. Görüşdə layihə üzrə həyata keçirilən işlər müzakirə edilib.

BDU-nun mütəxəssisləri Çiğdem Ürkü ilə birlikdə Neftçalada “Azərbaycan Balıq Təsərrüfatı” MMC-nin idarə etdiyi Yenikənd Nərə Balıqçılıq Təsərrüfatına da səfər ediblər. Səfər zamanı götürülən müvafiq nümunələr İstanbul Universitetində analizlərə cəlb ediləcək.

Qeyd edək ki, tədqiqatın nəticələri duzlu və ya şirin su mühitinin nərə balıqlarının yetişdirilməsi üçün uyğun olub-olmadığını müəyyən etməkdə, həmçinin müxtəlif şəraitlərdə balıqların inkişaf göstəricilərini qiymətləndirməkdə mühüm rol oynayacaq.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026