BDU Biologiya fakültəsinin tələbələri “Azərkosmos”da

31/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün Azərbaycan Respublikasının Kosmik Agentliyinə (“Azərkosmos”) infotur təşkil edilib. Tələbələr “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Yaşıl dünya həmrəylik ili”nə həsr olunmuş seminarda iştirak ediblər.

Əvvəlcə “Azərkosmos”un İctimaiyyətlə əlaqələr, media və kommunikasiya şöbəsinin baş mütəxəssisi Nigar Kazımova, Anten və radiotezlik qrupunun baş mütəxəssisi Coşqun Qarayev Agentliyin fəaliyyətindən söz açıblar.

Peyk əməliyyatlar otağı və milli peyklərimizlə əlaqəni təmin edən anten meydançasına baxış keçirilib.

Sonra “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzinin Torpaqşünaslıq və torpaq kadastrı üzrə aparıcı mütəxəssisi Saleh Nəbiyev “Azərbaycan peyklərinin ekosistemlərin və biomüxtəlifliyin idarəolunmasında data imkanları” adlı təqdimatla çıxış edərək, aerokosmik zondlama texnologiyalarının biologiya və ekologiya sahələrində tətbiq imkanları, həyata keçirilən layihə və metodologiyalar haqqında məlumat verib.

İnfoturun ikinci hissəsində Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev tələbələri yarımsəhra ekosisteminin biomüxtəlifliyi və nadir bitkilərlə əyani tanış edib.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026