BDU bir il ərzində Hirş indeksini 5 bal artırıb

07/01/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaş, doktorant və tələbələrinin 2021-ci il üzrə elmi fəaliyyəti uğurla nəticələnib. Belə ki, BDU-da elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi 2021-ci ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olmuşdur. Clarivate Analytics Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən 2021-ci ildə BDU-nun Hirş indeksi 5 bal (44-dən 49-a qədər) artıb. Hirş indeksi  alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir. Hər bir əsərə istinadların orta sayı isə 5.58-ə qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-ci ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olmuşdur.

Agentliyin rəsmi məlumatına əsasən BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan jurnallarda artıq 3321 elmi əsər nəşr edilib. Bu əsərlərə 18529 dəfə istinad edilib. Təkcə 2021-ci ildə Web of Science bazasına daxil olan jurnallarda BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyildir, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaqdır) nəşr edilib və nəşr edilən əsərlərə 4517 dəfə istinad edilib ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.6 dəfə çoxdur.

Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Xəbərlər

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq
13/07/2026