BDU “Caspian Agro” - XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

14/05/2025

Bakı Dövlət Universiteti (BDU) “Caspian Agro” - XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur.

Sərgidə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlər, dövlət qurumları iştirak edir.

Sərgidə Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Smart Agro” istiqaməti üzrə kənd təsərrüfatı sahəsində süni intellektin tətbiqinə dair layihələr də yer alıb. BDU sərgidə "Irrigo - dayanıqlı kənd təsərrüfatı ekosistemi" layihəsi ilə iştirak edir.

Sərgi zamanı BDU stendini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə layihə haqqında məlumat verilib.

Tullantı sularının təmizlənməsini təmin edən bu sistem əkilən bitkiyə uyğun gübrələrin növünü və miqdarını süni intellektin tətbiqi ilə avtomatik olaraq tənzimləyir. Bunun sayəsində əkilən bitki növləri üçün sistem tərəfindən müxtəlif mineral tərkibli suvarma suyu hazırlanır. Bu da öz növbəsində bitkilərin yetişmə sürətinə və morfologiyasına müsbət təsir edir.

Tullantı sularının təmizlənməsini, tərkibində olan mineralların növünün və miqdarının analizini və bitkiyə uyğun zənginləşdirmə proseslərini əhatə edən bu layihə “Ağıllı kənd” konsepsiyasına, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya əsaslanır və işğaldan azad olunan Qarabağda dayanıqlı, innovativ və əhalinin rifahına yönəlmiş müasir yaşayış mühiti yaratmağa töhfə verməyi hədəfləyir.

BDU-nun son illərdə startap və texnologiya yarışmalarında qazandığı uğurlar haqqında da Prezident İlham Əliyevə məlumat verilib.

Qeyd olunan stendlə yanaşı, BDU ali təhsil müəssisələri üçün ayrılan açıq məkanda da Universitetin tanıtım stendi ilə təmsil olunur.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"
16/09/2025

BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib

BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib
16/09/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibidir
16/09/2025