BDU Cənubi Koreyanın Keimyung Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
02/03/2022
Bakı Dövlət Universiteti (BDU) ilə Cənubi Koreyanın Keimyung Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Cənubi Koreyanın Keimyung Universitetinin rektoru Sinn İlhi imzalayıb.
Müqavilə iki universitet arasında təhsil, elm və tədqiqat sahəsində əməkdaşlığı, tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsini, birgə layihələrin və tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Əsası 1899-cu ildə qoyulmuş Keimyung Universiteti Koreyanın və dünyanın ən qədim universitetlərindən biridir. 23 000-dən çox tələbənin təhsil aldığı universitetdə 22 fakültədə 57 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Xəbərlər
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
