BDU- da Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib

16/06/2021

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən fakültənin dekan müavini Kənan Vəkilov Azərbaycanın şanlı tarixinə yazılan bu əlamətdar tarixin mahiyyətindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkədə siyasi hərc-mərcliyin aradan qaldırılması və ilkin inkişafın təməllərinin qoyulması ilə nəticələnən islahatların həyata keçirilməsindən söz açıb.

Çıxışçılar fakültənin dekan müavini İkram Cəbrayılov və fakültənin 3-kurs tələbəsi Gülnar Şahbazova  Ulu Öndər Heydər Əliyevin özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoyması və xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməsindən bəhs ediblər.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026