BDU daha bir əməkdaşlıq müqaviləsi imzaladı

08/11/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara başkanı, professor, doktor Hayrettin İvgini qəbul edib. Rektor Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrindən, üzvü olduğu assosiasiya və qurumlardakı fəaliyyətindən danışıb.

H.İvgin isə öz növbəsində təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası haqqında məlumat verib. Məlum olub ki, akademiya Türk Dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq  məqsədilə yaradılmış beynəlxalq  elmi təşkilatdır. Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir. Hal-hazırda akademiyanın bir sıra ölkələrdə rəsmi təmsilçiləri var. Akademiya tərəfindən indiyə qədər 100-dən çox beynəlxalq konqres, simpozium,  mərasim, konfrans  və müxtəlif tədbirlər keçirilib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşün nəticəsi olaraq BDU ilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonda H.İvgin rektor, akademik Abel Məhərrəmovun akademiyanın həqiqi üzvü seçildiyini bildirib və diplomu rektora təqdim edib. Rektor isə öz növbəsində Hayrettin İvginə «BDU-nun fəxri qonağı» diplomunu təqim edib.

Mətbuat və İnformasiya şöbəsi, 08 noyabr 2012-ci il

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026