BDU daha bir nüfuzlu konfransa ev sahibliyi edəcək

24/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun ilə görüşüb. Rektor BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri barədə ətraflı danışıb, Sakarya Universiteti ilə əməkdaşlığın inkişafının önəmindən bəhs edib.
Professor Murat Tosun, öz növbəsində, BDU-da olmağından məmnunluğunu ifadə edib və təmsil etdiyi universitetin tədris istiqamətləri barədə məlumat verib.

Birgə əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirə olunduğu görüşdə “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.  Adıçəkilən konfransın BDU-nun 100 illik yubileyinə həsr edilməsi və 27-30 avqust 2019-cu il tarixlərində BDU-nun əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi barədə razılıq əldə edilib və bunun üçün uyğun protokol imzalanıb.
Qeyd edək ki, artıq beynəlxalq status almış bu konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə ənənəvi olaraq ölkədən xaricdə təşkil edilən yeganə elmi tədbirdir. Bundan əvvəlki konfranslar Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada baş tutub.

Mətbuat və informasiya şöbəsi, 24 oktyabr 2018-ci il.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026