BDU daha iki müqavilə imzalayıb-VİDEO

01/10/2014

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarovun və Almaniyanın Max Planck Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutunun direktoru, professor Hans-Yorq Albertxin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqlara məlumat verən rektor BDU-nun son illərdə əldə etdiyi uğurlar, yeni elmi-tədqiqat mərkəzləri, müasir laboratoriyalar haqqında danışıb, beynəlxalq əlaqələr haqqında məlumat verib, alimlərin tədqiqat əsərlərinin dünyanın aparıcı jurnallarında çap olunması və digər uğurların BDU-nun dünya universitetlərinin reytinq cədvəlində xeyli irəliləməsi ilə nəticələndiyini qeyd edib. Rektor Bolqarıstan Elmlər Akademiyası və Almaniyanın Max Planck Xarici və Beynəlxalq Cinayət Hüququ İnstitutu arasında elm və təhsil sahəsində qurulan əlaqələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Çıxış edən qonaqlar BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar, konfransların təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Mətbuat və informasiya şöbəs, 01 oktyabr 2014-cü il.

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026