BDU Daşkənd Dövlət Hüquq Universiteti ilə əməkdaşlıq edəcək

20/05/2021

Bakı Dövlət Universiteti (BDU) və Daşkənd Dövlət Hüquq Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması mərasimi keçirilib. Onlayn görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Daşkənd Dövlət Hüquq Universitetinin rektoru Rəhim Hakimov, beynəlxalq əməkdaşlıq və davamlı təhsil üzrə prorektor Dilşod Umarov, Hüquq fakültəsinin dekanı ‪Dildora Kamalova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybek Yaqubov iştirak ediblər.

Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin qurulması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.

BDU-nun rektor Elçin Babayev bildirib ki, BDU beynəlxalq əməkdaşlığa və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir.  BDU-nun son zamanlar qurduğu yeni beynəlxalq əlaqələr və Universitetdə tədqiqat sahəsinin inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. Mövcud ikili diplom layihələrindən danışaraq bu istiqamətdə əməkdaşlığı gücləndirərək gələcəkdə ikili diplom layihələri üzərində fəal işləmək təklifini irəli sürüb.

Daşkənd Dövlət Hüquq Universitetinin rektoru ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artması üçün əməkdaşlıq və ikili diplom layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı BDU ilə Daşkənd Dövlət Hüquq Universiteti arasında professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların təşkili, birgə tədqiqat layihələrində əməkdaşlıq, kurslar və tədris planları istiqamətində əməkdaşlıq həyata keçirilməsi barədə ikitərəfli razılıq əldə olunub.

Sonda universitetlərarası əməkdaşlığa dair saziş imzalanıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026