BDU Dağıstan Pedaqoji Universiteti ilə müqavilə imzaladı

26/09/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Dağıstan Pedaqoji Universitetinin rektor vəzifəsini icra edən hüquq elmləri üzrə doktoru, professor Məhəmməd Abdullayev  başçılıq etdiyi  nümayəndə heyətini qəbul edib. Qonaqlara BDU haqqında məlumat verən rektor, universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan danışıb.

Azərbaycanın klassik universitetində olmaqdan məmnunluğunu ifadə edən professor Məhəmməd Abdullayev öz növbəsində başçılıq etdiyi universitet haqqında məlumat verib əməkdaşlıq perspektivlərinə toxunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Bakı Dövlət Universiteti ilə Dağıstan Pedaqoji Universiteti arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonda qonaqlar Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2013-cü il.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026