BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

30/07/2026

Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur.

İxtisas seçimi ərəfəsində abituriyentlərin düzgün yönləndirilməsi və onların qərar vermə prosesinə dəstək məqsədilə keçirilən sərgidə BDU nümayəndələri ziyarətçilərə ölkənin ən köklü ali təhsil ocağının  ixtisasları, ikili diplom proqramları, təhsil və karyera imkanları, həmçinin təqaüd və güzəşt paketləri barədə ətraflı məlumat təqdim edirlər.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan və 40-a yaxın ali təhsil müəssisəsinin  iştirak etdiyi sərgidə Universitetin elmi-metodiki bazası və müasir tədris infrastrukturu əyani vəsaitlərlə nümayiş etdirilir.

Qeyd edək ki, sərgi  iyulun 31-dək davam edəcək.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026