BDU Dünya Akademik Sammitində təmsil olunacaq

01/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti 7-9 oktyabr tarixlərində İngiltərənin Mançester şəhərində Böyük Britaniyanın "Times Higher Education" (THE) beynəlxalq reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit) iştirak edəcək.

Səfərin məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin müzakirəsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində dünya universitetlərinin təcrübəsinin öyrənilməsidir.

Sammitdə BDU-nun stenddə təmsil olunması, eləcə də “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” (“Advancing research collaboration and internationalization in Azerbaijan: Baku State University’s strategy”) başlıqlı sessiyanın təşkili planlaşdırılır (https://www.timeshighered-events.com/world-academic-summit-2024/home).

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026