BDU dünya universitetlərinin daha bir reytinqində irəliləyib

19/02/2024

URAP (University Ranking by Academic Performance) reytinq təşkilatı 2024-cü il üzrə reytinq nəticələrini dərc edib.

https://urapcenter.org/Rankings/2023-2024/World_Ranking_2023-2024

Müvafiq nəticələrə əsasən, cari ildə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən yalnız Bakı Dövlət Universiteti (BDU) müvafiq reytinqdə yer alıb və ötən ilin nəticəsindən 285 pillə irəliləyib.

URAP qlobal və reytinq nəticələrini 2010-cu ildən bəri dərc edir. URAP “Web of Science” və “InCites” kimi beynəlxalq bibliometrik verilənlər bazalarından məlumatları toplayır və ən çox məqalə dərc olunmuş ali təhsil müəssisələrinin məlumatlarından istifadə edir. Bununla yanaşı, ali təhsil müəssisələrinin fəaliyyəti bir neçə indikator əsasında qiymətləndirilir.

Məlumat üçün bildirək ki, ötən il də BDU Azərbaycanı müvafiq reytinqdə təmsil edən yeganə ali təhsil müəssisəsi olub.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026