BDU doktorantlarının nəzərinə!

08/08/2024

İspaniyanın Qranada Universiteti 2024-2025-ci tədris ili üçün "Erasmus KA 171" beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində doktorantlar üçün 3 aylıq Phd təqaüd proqramı (hər ay üçün 850 avro + səyahət  xərcləri ) elan edir.

Seçim iki mərhələdə həyata keçiriləcək.

Təqdim olunacaq sənədlər araşdırıldıqdan sonra tələblərə cavab verən namizədlər ikinci mərhələyə dəvət olunacaqlar.

Tələb olunan sənədlər: CV, diplomların surəti (bakalavr və magistr), motivasiya məktubu, pasport, elmi əsərlərin siyahısı

Son müraciət tarixi: 15.10 2024-cü il

Qeyd: Qranada Universitetində elmi rəhbərin müəyyən edilməsi mütləqdir.  

Əlavə məlumat üçün erasmus@bsu.edu.az elektron ünvanına müraciət edə bilərsiniz.

Xəbərlər

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib

BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
19/11/2026