BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

06/07/2026

Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində ilk dəfə “Dərman kimyası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Dərman kimyası” ixtisaslaşması dərman vasitələrinin layihələndirilməsi, sintezi, analizi, keyfiyyətinin qiymətləndirilməsi və yeni bioaktiv birləşmələrin tədqiqi istiqamətlərində yüksəkixtisaslı kadrların hazırlanmasını nəzərdə tutur. Tədris proqramı kimya, biologiya və əczaçılıq elmlərinin müasir nailiyyətlərini özündə birləşdirən multidissiplinar yanaşma əsasında formalaşdırılıb və tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnməsini təmin edəcək.

İxtisaslaşma çərçivəsində magistrantlar dərman maddələrinin sintezi, müasir laboratoriya və analitik tədqiqat metodları, dərman preparatlarının keyfiyyətinə nəzarət, kompüter dəstəkli dərman dizaynı, farmasevtik texnologiyalar və innovativ preparatların hazırlanması sahələrində hərtərəfli hazırlıq keçəcəklər.

Proqramın məzunları əczaçılıq sənayesi, dərman vasitələrinin keyfiyyətinə nəzarət müəssisələri, elmi-tədqiqat institutları, analitik laboratoriyalar, eləcə də ali təhsil müəssisələrində fəaliyyət göstərə biləcəklər.

“Dərman kimyası” ixtisaslaşmasının yaradılmasında əsas məqsəd ölkədə dərman kimyası sahəsinin inkişafına töhfə vermək, yerli elmi potensialı gücləndirmək və beynəlxalq əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026