BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

03/07/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Dövlət idarəetməsində strateji kommunikasiyalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Dövlət idarəetməsində strateji kommunikasiyalar” ixtisaslaşması dövlət qurumlarında kommunikasiya siyasətinin planlaşdırılması, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, böhran kommunikasiyasının idarə olunması və informasiya siyasətinin həyata keçirilməsi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına yönəlib.

Tədris proqramı çərçivəsində magistrantlar strateji kommunikasiya nəzəriyyələri, dövlət–ictimaiyyət münasibətləri, media ilə əməkdaşlıq, rəqəmsal kommunikasiya alətləri, informasiya siyasəti, reputasiya idarəçiliyi və böhran kommunikasiyası üzrə müasir nəzəri biliklərə yiyələnəcək, praktik bacarıqlar qazanacaqlar.

İxtisaslaşmanın əsas məqsədi dövlət idarəçiliyi sahəsində şəffaflığın artırılmasına, ictimai etimadın möhkəmləndirilməsinə və effektiv kommunikasiya strategiyalarının hazırlanmasına töhfə verə biləcək peşəkar mütəxəssislərin hazırlanmasıdır.

Bu ixtisaslaşmanın məzunları dövlət qurumlarında, ictimai təşkilatlarda, media strukturlarında, kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə bölmələrdə, eləcə də digər müvafiq sahələrdə fəaliyyət göstərə biləcəklər.

 

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026