BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

15/07/2026

Bakı Dövlət Universiteti (BDU) 29 - 31 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.

Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edəcək.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə BDU nümayəndələri ilə ünsiyyət quraraq, qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsilhaqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə Universitetin elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

https://portal.dim.gov.az/sergi/

Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026