BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

01/08/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “BDU xatirələrdə”, “BDU-nun ən yaxşı yubiley loqosu” və Rəsm müsabiqələrinin vaxtı sentyabrın 30-dək uzadılıb.
Xatırladaq ki, “BDU xatirələrdə” adlı yazı müsabiqəsində universitet məzunları təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.
“BDU-nun ən yaxşı yubiley loqosu” adlı müsabiqəyə təqdim olunan işlər müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların əsas elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.
Rəsm müsabiqəsi üçün təqdim olunan əsərlər isə yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənilə bilər. Rəsm əsərlərinin məzmunu universiteti əks etdirməlidir.
Qeyd edək ki, bu müsabiqələrdən əlavə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi və KİV nümayəndələri üçün «100 ilin zirvəsində» adlı müsabiqə də elan edilib.
Müsabiqə qalibləri Münsiflər Heyəti tərəfindən məyyən ediləcək. Qaliblər Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna və yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi tərəfindən diplom, sertifikat və hədiyyələrlə mükafatdırılacaqlar.
Mətbuat və informasiya şöbəsi, 1 avqust 2019-cu il.

 

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026