BDU Elmi Kitabxanası “EBSCO platformasından istifadə imkanları” mövzusunda silsilə vebinarlara başlayır

22/01/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “EBSCO platformasından istifadə imkanları” mövzusunda növbəti silsilə vebinarlar keçiriləcək. Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçiriləcək vebinarlar EBSCO nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə rus dilində və ödənişsiz təqdim olunacaq.

Vebinarlarda iştirak etmək istəyənlər https://more.ebsco.com/RU-EBSCO-Training-Portal linkində qeydiyyatdan keçməlidirlər. Bundan sonra həmin şəxslər vebinara keçidi olan dəvət məktubu alacaqlar. Qeydiyyatdan keçmiş bütün iştirakçılara sertifikatlar veriləcək.

Yanvar ayının müxtəlif tarixlərində keçirilməsi nəzərdə tutulan vebinarların mövzuları:

  • “Academic Search Premier nümunəsi əsasında multidissiplinar məlumat bazalarında elmi informasiya axtarışı” (22 yanvar)
  • “EBSCO-nun elektron resursları beynəlxalq səviyyəli məqalələrin hazırlanmasında vasitə kimi” (23 yanvar)
  • “EBSCO - elektron kitabların yüklənməsi zamanı hansı xüsusiyyətlərə diqqət yetirməli” (24 yanvar)
  • “EBSCO elektron resurslarını görünən və istifadəli edən EBSCO Connect platforması” (25 yanvar)
  • “EBSCO-nun mobil tətbiqi haqqında bir neçə söz” (26 yanvar)
Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026