BDU Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda vebinarlar keçiriləcək

20/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar iyun ayından başlayaraq dekabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski və Lorianne Sarsfieldin iştirakı ilə aparılacaq.

İlk vebinar iyun ayının 22-də Bakı vaxt ilə saat 13:00-da keçiriləcək. Bu vebinarda məqaləni nəşr etmək üçün düzgün jurnal seçimi, məqalə təqdim olunmazdan əvvəl diqqət ediləcək tələblər və s. məsələlərə aydınlıq gətiriləcək. Vebinar ingilis dilində olacaq.

Vebinarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/WN_UrND-RWzTKavWSJQHzUvVg linkində qeydiyyatdan keçmək olar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026