BDU Elmi Kitabxanasında təlim: “Elmi araşdırmalar: mövzunun formalaşmasından nəşrə qədər”  

16/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında “Elmi araşdırmalar: mövzunun formalaşmasından nəşrə qədər” adlı təlim keçirilib. Təlim Xəzər Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində təşkil edilib. Təlimdə 20-dən çox əməkdaş iştirak edib.

BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elmi tədqiqatın planlaşdırılması və informasiya təminatı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda elmi tədqiqat mövzusunun seçilməsi, aktuallığının qiymətləndirilməsi meyarları, tədqiqatın məqsədinə uyğun tədqiqat metodlarının tətbiqi, mövzuya aid mövcud informasiya resurslarının təhlili, uyğun ədəbiyyatın axtarışı və seçilməsi məsələlərindən bəhs edilib. Tədqiqatçıların elmi informasiya təminatında kitabxanaların rolunu vurğulayan təlimçi çap və elektron informasiya resursları vasitəsilə kitabxana xidməti sahəsində baş verən yeniliklər haqqında məlumat verib.

Elmi Kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, EIFL.net-in Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova “Beynəlxalq elmi platformalarda axtarış və nəşriyyatlarda jurnal seçimi” adlı təqdimatla çıxış edib. Təlimçi təqdimatında “Tədqiqatçıları elmi tədqiqatın mövzusuna uyğun müəlliflik hüquqları qorunan rerurslarla təmin etmək”, “Tədqiqatçılara açıq giriş jurnallarında məqalə dərc etmək istiqamətində dəstək vermək”, “Elmi bazalarda axtarış etməklə indekslənən jurnallarda dərc olunmuş keyfiyyətli elmi tədqiqat məqalələrini açıq giriş repozitoriyalarına təqdim etmək” və “Elmi tədqiqatlarda beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və əməkdaşlıq işində Açıq giriş və Açıq elmin əhəmiyyəti” adlı başlıqlara toxunaraq bunların tədqiqatçılar üçün əhəmiyyətli olduğuna diqqət çəkib.

Sonda əməkdaşlara “EBSCOhost” platformasının yeni istifadəçi interfeysi və “Taylor & Francis” beynəlxalq nəşriyyatının elektron resurslarından istifadə qaydaları izah edilib, suallar cavablandırılıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub