BDU Elmi Kitabxanasının direktoru akademik kitabxanaların fəaliyyətinə dair vebinarda iştirak edib

25/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova  UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinarda iştirak edib.
Vebinara Türkiyə universitetləri (Marmara Universiteti, Yozgat Bozok Universiteti, Kastamonu Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Artvin Çoruh Universiteti, Boğaziçi Universiteti) və Azərbaycanın ali təhsil müəssisələrinin kitabxana rəhbərləri qatılıb.
“Zoom” proqramı üzərindən onlayn keçirilən tədbirdə türkiyəli mütəxəssislərin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsirindən bəhs edən müxtəlif mövzular müzakirə olunub. Kitabxanalarda yeni texnoloji həllər və innovasiyalar, smart kitabxanaların formalaşması, beynəlxalq məlumat bazaları, onların kitabxanalarda ortaq istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili və s. kimi məsələləri əhatə edən təqdimatlar maraqla dinlənilib.
Sonda BDU-nun Elmi Kitabxanasının direktoru çıxış edərək aktual mövzularda təqdimatlara görə türkiyəli mütəxəssislərə və UNEC Kitabxana-İnformasiya Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026