BDU Elmi Kitabxanasının oxucuları üçün “EBSCO-da süni intellekt” sistemindən istifadə imkanı

17/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “EBSCOHost” şirkətinin uzunmüddətli və önəmli tərəfdaşıdır. Buna görə də şirkət Universitetin tədqiqatçıları və oxucularına “EBSCO-da süni intellekt” (“EBSCO AI Insights”) sistemindən istifadə imkanı yaradıb.

Bu sistem BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv olan, ölkənin EBSCO məlumat bazası və “EBSCO Discovery Service”dən istifadə hüququ qazanan 15 ali təhsil müəssisəsinin tədqiqatçı və istifadəçiləri üçün də əlçatan və təkmilləşdirilmiş sistemdir.

EBSCO süni intellekt imkanlarını kitabxanalara transformasiya edərək, tədqiqat prosesini dəyişdirməyi və məqalələri nəzərdən keçirməyə sərf olunan vaxtı azaltmağı nəzərdə tutur. İstifadəçilər sistemin süni intellektə əsaslanan xüsusiyyəti və müəllif hüququ ilə süni intellektin qarşılıqlı əlaqəsi haqqında ətraflı məlumat əldə etməklə yanaşı, təqdim edilən videoçarxla tanış ola bilərlər.

Süni intellekt sistemindən istifadə etmək üçün BDU-nun Elmi Kitabxanasının rəsmi internet səhifəsindən http://elibrary.bsu.edu.az/ linki vasitəsilə “Tammətnli məlumat bazaları” bölməsindən “EBSCO AI Insights” sətrini sıxaraq daxil olmaq lazımdır.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026