BDU Elmi Şurasının növbəti iclası

14/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, qış imtahan sessiyasında ümumilikdə 23 697 təhsilalan iştirak edib. Bakalavriatura səviyyəsi üzrə 19253, magistratura səviyyəsi üzrə 1932, Qazax filialı üzrə 1690, SABAH qrupları üzrə 822 nəfər imtahan verib. Tələbələrin müvəffəqiyyət göstəricisi 86 faiz, keyfiyyət göstəricisi 44 faiz təşkil edib. İmtahan sessiyası ərzində Apelyasiya Komissiyasına və “Qaynar xətt”ə daxil olan müraciətlər operativ qaydada araşdırılaraq cavablandırılıb.

İclasda daha sonra cari məsələlərə baxılıb.

 

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026