BDU Elmi Şurasının növbəti iclası

25/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor Elçin Babayev gündəlikdə olan məsələləri təqdim edib.

BDU-nun Tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili və 2022/2023-cü tədris ili üzrə dərs yükünün bölgüsü haqqında məlumat verib.

İclasda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil nazirinin 2022-ci il 19 may tarixli F-282 nömrəli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb. İmtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının keçirilməsi zamanı koronavirusa dair göstərişlərə riayət olunması, imtahan sessiyasının 3 iyun-1 iyul tarixlərində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul ayının 4-dən 12-dək şərait yaradılması ilə əlaqədar Elmi Şurada müzakirələr aparılaraq müvafiq qərar qəbul edilib.

Eyni zamanda 2022/2023-cü tədris ilində professor-müəllim heyətinin tədris yükünün mövcud qanunvericiliyə əsasən bölgüsünün aparılması haqqında da qərar qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026