BDU Elmi Şurasının növbəti iclası

28/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

BDU rektoru Elçin Babayev gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov və İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucovanın ötən il üzrə və 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında hesabatları dinlənilib.

Daha sonra Geologiya fakültəsinin dekanı Mamoy Mansurov və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev 2024-cü il üzrə hesabatları təqdim ediblər.

İclasda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçki keçirilib, daha sonra cari məsələlərə baxılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026